Avarçəkənlərimiz beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycanın kayak və kanoe üzrə yeniyetmə və gənclərdən ibarət yığmaları Qazaxıstanın Uralsk şəhərində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan beynəlxalq turnirdə iştirak edəcək.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından Presssport.az-a verilən məlumata görə, məşqçi Larisa Axundovanın rəhbərliyi altında yarışda Niyaz Məlikov, Elvin Əliyev, Emil Zeynalov, Vacib Babayev, Şahin İsayev və Cavid Vəlizadə mübarizə aparacaq.

Avarçəkənlərimiz Qazaxıstana mayın 30-da yollanıb. Turnir iyunun 1-3-ü aralığında baş tutacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC