"Sumqayıt" legioneriylə yollarını ayırdı - RƏSMİ

Erik Sorqa ilə "Sumqayıt" arasında imzalanmış müqavilənin müddəti başa çatıb.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, millisinin üzvü olan estoniyalı hücumçu ilə yollar ayrılıb.

"Kimyaçılar" ona göstərdikləri xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Sorqa ötən mövsümün əvvəlindən "Sumqayıt"ın uğurları üçün çalışırdı. Bu müddət ərzində 27-si Premyer Liqa və 3 kubok matçında meydanda olub. 24 yaşlı hücumçu bu qarşılaşmalarda 7 qol (5 Premyer Liqa; 2 kubok) və 3 məhsuldar ötürmə (2 Premyer Liqa; 1 kubok) ilə yadda qalıb.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC