Benzianın ərəb sevdası: "O, gəlirli müqavilə bağlayaraq karyerasını bitirdikdən sonra da həyatını təmin etmək istəyir"

"Qarabağ" və Əlcəzair millisinin futbolçusu Yassin Benzianın növbəti mövsümə hansı klubda başlayacağı hələ də açıq olaraq qalır.

Presssport.az xəbər verir ki, Əlcəzair mətbuatı əvvəllər Fransa və Almaniyanın yüksək liqa klublarından birinə keçmək istəyən 29 yaşlı yarımmüdafiəçinin indi Səudiyyə Ərəbistanı və ya Qətərə yollanmağa üstünlük verdiyini iddia edir: "O, gəlirli müqavilə bağlayaraq karyerasını bitirdikdən sonra da həyatını təmin etmək istəyir".

Qeyd olunur ki, Benzia prioritet olaraq agentindən ərəb klubları ilə danışıqlar aparmağı xahiş edib.

Xatırladaq ki, Yassinin "Qarabağ"la müqaviləsi 2025-ci il iyunun 30-na qədərdi.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC