"Qəbələ"də məşqçi gedişi: "Qarşılıqlı razılıqla ayrıldım"

“Qəbələ”də məşqçi ayrılığı baş verib.

Presssport.az xəbər verir ki, Rakif Əliyev “qırmızı-qaralar”dan gedib.

O, bu haqda “Facebook”dakı şəxsi səhifəsində paylaşım edib: “Bu gün sevimli komandam ”Qəbələ" ilə qarşılıqlı razılaşma ilə ayrıldım. Komandamızın I Liqaya düşməsi bir çoxları kimi məni də məyus etdi. Ümid edirəm ki, növbəti sezon yenidən elitaya qayıdar".

Xatırladaq ki, Əliyev “Qəbələ”yə bu ilin yanvarında "Qarabağ”ın U-15 komandasının baş məşqçi postunu tərk edərək gəlmişdi. O, həm hazırkı gürcü baş məşqçi Kaxaber Tsxadadze, həm onun azərbaycanlı sələfi Elmar Baxşıyevin köməkçisi işlədi. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC