"Partizan"ın qapıçısı "Qarabağ"ın yenidən maraq dairəsində - Fransa Liqa 1-dən də təklfiləri var

“Partizan”ın qapıçısı Aleksandr Yovanoviç “Qarabağ”ın maraq dairəsindədi.

Presssport.az Serbiya mətbuatına istinadən xəbər verir ki, Ağdam klubu 31 yaşlı serbiyalı qapıçını hələ ötən yay Limassol “Apollon”unda çıxış etdiyi vaxtda almaq istəyib.

Lakin Yovanoviç bu keçidə müsbət yanaşmayıb. 

İndisə “Qarabağ” onun üçün yenidən hərəkət edib. Təcrübəli qolkiperə Fransa Liqa 1 klublarından da təkliflər var.

2016-cı ildə millisində 1 oyun keçirmiş Aleksandr “Rad”, “Donji Srem”, “Radniçki”, “Orhus”, “Hueska”, “Deportivo” klublarının da qapısını qoruyub. O, 2026-cı il iyunun 30-da qədər Belqrad klubuna məxsusdu.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC