Millimizin liberosu: "Mənəvi olaraq çətin idi, çünki..."

“Mənəvi olaraq çətin idi. Çünki səfərdə bir neçə oyunda uduzmuşduq”.

Presssport.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Qızıl Avropa Liqasında Estoniya yığmasına 3:0 hesabı ilə qalib gələn Azərbaycan millisinin liberosu Yuliya Kərimova deyib.

O, komanda olaraq yaxşı oynadıqlarını vurğulayıb: "Bir qədər həyəcan var idi. Çalışdıq öz oyunumuzu göstərək və bunun öhdəsindən gəldik. Avstriya ilə matça hazırlaşacağıq. Həmin qarşılaşmada da qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Öz oyunuma gəlincə, bəzi hallarda razı qaldım, bəzən yox. Estoniya ilə qarşılaşmanı təhlil etdikdən sonra artıq səhvlərimi biləcəyəm və onları təkrarlamamağa çalışacam”.

Xatırladaq ki, bundan əvvəl Xorvatiyanı 3:0 hesabı ilə məğlub edən qadın voleybolçularımız Slovakiya (1:3), Rumıniya (0:3) və İsveçə (0:3) uduzub. Yığma iyunun 2-də Avstriya ilə qarşılaşacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC