Türkiyə millisində daha bir itki: O da AVRO-2024-də oynamayacaq

Türkiyə milli komandasının heyətində daha bir itki baş verib.

Presssport.az xəbər verir ki, hücumçu Enes Ünal sıradan çıxıb.

Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Belə ki, "Bornmut"un futbolçunun sol ayaq başmağında sınaıq aşkarlanıb. Nəticədə 27 yaşlı forvard AVRO-2024-də iştirak etməyəcək.

Bu yerdə bildirək ki, Türkiyə millisinin və “Fənərbaxça”nın müdafiəçisi Çağlar Söyüncü də zədə səbəbindən final mərhələsində komandasına kömək edə bilməyəcək.

Xatırladaq ki, Türkiyə yığması Almaniyada təşkil olunacaq Avropa çempionatında Portuqaliya, Çexiya və Gürcüstanla eyni qrupda çıxış edəcək. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC