"Qəbələ" qalan 4 legionerlə müqaviləni pozmağı danışır: "Kompensiya məbləği ödəməyə imkanımız yoxdu"

“Qəbələ” legionerlərindən hamısıyla yollarını ayırmaq fikrindədi.

Klubun idman direktoru Səbuhi Səfiyarlı Presssport.az-a açıqlamasında müqaviləsi olan əcnəbi futbolçularla danışıqların davam etdiyini söyləyib: “Kiminki 2 illik müqaviləsi vardı, hələ ki qalıblar. Bunlar Kristof Ataqanqa, Zurab Oşiqava, Bilel Auşeriya və Samuel Tettehdi. Onlarla danışacağıq ki, müqavilələri pozaq. Çünki qalan müddətə görə hansınsa kompensasiya məbləği ödəməyə imkanımız yoxdu. Legionerlərimizin buna nə cavab verəcəklərini görəcəyik”.

Səfiyarlı yerli futbolçuların gələcək taleyinə də toxunub: "Gənclərin demək olar hamısını saxlayacağıq. Təcrübəlilər isə Premyer Liqada alacaqları təkliflərdən asılıdı. Bəziləri qalmaq istədiklərini bildirir. Vəziyyətə baxacağıq. Hələ ki vaxtımız - rahat 1 ayımız var. Buna görə qərar verməyə tələsmirik. Eləsi ola bilər ki, sabah Premyer Liqadan təklifi olmayandan bizə qayıda bilər. O üzdən demək istəmirəm ki, konkret hansında futbolçu bizdə qalmaq istəmir, getdi".

Klub rəsmisindən Premyer Liqanın son turunda ağır zədələnərək Ankarada əməliyyat olunan təcrübəli müdafiəçi Murad Musayevin gələcək taleyi haqda da soruşduq: “Onda zədəsi keçən il Asif Məmmədovun aldığı zədə kimidi - 5-6 aylıq sıradan çıxıb. Əməliyyata göndərdik. Bundan sonra özüylə oturub söhbət edəcəyik gələcək taleyi ilə bağlı”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC