Rəşad Sadıqov gərgin final olmasını istəyir: "Biz də bayramın bir parçası olacağıq"

"Zirə" Azərbaycan Kubokunun final matçı çərçivəsində sabah "Qarabağ"la üz-üzə gələcək.

Presssport.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyundan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

42 yaşlı mütəxəssis əvvəlcə görüşlə bağlı danışıb.

- Mövsümün son oyunudur. Kubokun finalına həmişə hazırlıq yaxşı olur, bayram əhval-ruhiyyəsi yaşanır. Biz də bayramın bir parçası olacağıq. Böyük ajiotaj var. Biletler satılıb, azarkeşlər oyuna böyük maraq göstərir. Bu da matçın daha da maraqlı keçməsinə səbəb olacaq. İki il əvvəl də finalda oynamışdıq. Onda da maraqlı, gərgin mübarizə getmişdi. Sonda "Qarabağ" penaltilərdə daha dəqiq olub qalib gəldi. İstəyərdik ki, eyni ab-hava bu görüşdə də olsun. Başa düşürük ki, "Qarabağ" ciddi rəqibdir. Keçən il olduğu kimi, bu mövsüm də avrokuboklarda 1/8 finalına qədər irəliləyiblər. Öz bacarığımızı ,oyunumuzu nümayiş etdirmək istəyirik ki, sonda sevinən tərəf olaq. Oyundan qabaq danışmaq həmişə çətindir. Bütün fikrimiz final matçındadır. Çalışacağıq ki, rəqibə layiqli müqavimət göstərək, gərgin oyun getsin. 

- İki il əvvəlki final ssenarisinin təkrarlanmasını gözə almısız?

- Finalda hər şey ola bilər. Sabah necə olacaq, proqnoz vermək çətindir. Uğurlu nəticə ilə ayrıla bilərik.

- Avropa Liqasında potensial rəqibləriniz bəllidir. Yəqin ki, onlar sizi izləyəcək. Kuboku qazanıb rəqiblərinizə əzəmətli komanda kimi özünüzü göstərmək istəyirsiz?

- Əvvəlcədən nəsə demək çətindir. Bütün fikrimiz sabahkı matçla bağlıdır. Təbii ki, uğurlu oynadığın halda, rəqiblərin sənə qarşı ciddi yanaşmasına səbəb olacaq. Çünki sabah rəqibimiz "Qarabağ"dır. Avrkuboklarda oyunlar daha fərqli keçəcək. İndi "Qarabağ" matçını düşünürük.

- Heyətdə itkiləriniz var?ə

- Rüstəm Əhmədzadə, Məqsəd İsayev, Cibrilla İsanın uzun müddət zədəli olub, tam formalarınıl bərpa etməlidirlər. Hər üçünün də formada olmasına ehtiyacımız var. Futbol zədəsiz, cəzasız olmur. "Qarabağ"ın da itkiləri var. İtkilər o qədər də önəm kəsb etməyəcək.

- İki il əvvəl finalda oynayan “Zirə” ilə indikini necə müqayisə edərdiz? İkinci yeri artıq tutmusuz. Bu, sizə rahatlıq verəcək?

- Bəzən görürsən, xeyri olur, bəzən fərlqi olur. Onu oyundan sonra dəyərləndirə biləcəyik. İki il əvvəllə müqayisədə hər iki komanda inkişaf edib. Bu mövsüm "Qarabağ" rekord nəticə əldə edib. "Zirə" də tarixin ən yaxşı nəticəsini göstərib. Hər iki komanda inkişaf edib, daha yaxşıdır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC