Kişi voleybol yığmamız son oyununda da uduzdu

Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında son oyununu keçirib.

Presssport.az xəbər verir ki, yığmamız Lüksemburqla qarşılaşıb.

Estoniyada keçirilən görüş rəqibin qələbəsi ilə bitib – 3:2 (25:20, 22:25, 21:25, 25:17, 25:11).

Xatırladaq ki, kişi voleybolçularımız bunadək 5 oyun keçirib. Fərid Cəlalovun komandası Rumıniya, Ukrayna, Belçika, Şimali Makedoniya və Estoniyaya 0:3 hesabı ilə məğlub olub. Keçirdiyi görüşlərdən xalsız ayrılan milli hazırda 12 komanda arasında sonuncudu. Yarışın reqlamentinə əsasən, ən yaxşı 4 komanda “Dördlər finalı”na yüksələcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC