12 ildən sonra Mərdəkanda - "Qarabağ" bura son səfərində böyük məyusluq yaşayıb

Azərbaycan Kubokunun finalı 12 illik fasilədən sonra yenidən Mərdəkanda keçiriləcək.

Presssport.az xəbər verir ki, "Dalğa Arena" istifadəyə veriləndən sonra ilk mövsümdə - 2012-ci ilin mayın 17-də bu tirnirin həlledici matçı ora salındı.

Bakı derbisi - “Neftçi”ylə "Bakı"nın qarşılaşması ikincilərin 2:0 hesablı qələbəsiylə yekunlaşdı. Qolları legionerlər - isaniyalı hücumçu Koke (8-ci dəqiqə) və braziliyalı yarımmüdafiəçi Juninyo (27-ci dəqiqə) vurmuşdu. Bununla da Novruz Əzimovun baş məşqçidi olduğu komanda həmin mövsüm çempion olan həmşəhərlilərinin “qızıl dubl” etməsinə imkan vermədi.

“Dalğa Arena" adını dəyişərək sponsorun adını daşımağa başlayandan - “Liv Bona Dea Arena” adlanandan sonra ilk mövsümdə yenidən Kubokun finalını qəbul edəcək. Yenə rəqiblərdən biri - "Qarabağ" çempiondu ki, onun izləyicisi gümüş medalçı, hələ ki kuboka həsrət “Zirə”di.

Maraqlıdı ki, Qurban Qurbanovun komandası Mərdəkana son səfəri çox uğursuz alınmışdı. Bu, “Neftçi”ylə 2020/21 mövsümün son turunda 0:1 hesabıyla uduzaraq çempion ola bilmədiyi “qızıl oyun” idi. Ondan sonra isə 3 ildir “köhlən atlar”ın bu qəsəbə stadionuna yola düşmürdü. Halbuki, Premyer Liqaya 9 illik fasilədən sonra dönən “Araz-Naxçıvan” rəqiblərini burda qəbul etdi. Sadəcə, "Qarabağ"ın səfər matçları onun meydanında - əvvəlcə Tofiq Bəhramov adına Respublika stadionunda, ardından “Azərsun Arena”ya salındı.

Onu da bildirək ki, finalçılar görüşəcəkləri bu stadionda avrokubok matçları keçirib. “Zirə” ümumiyyətlə, qitəmiqyaslı turnirlərdə hələ ki yalnız Mərdəkanda oynayır. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC