"Qarabağ" 6-cı dəfə Azərbaycan Kubokunun qalibi oldu - YENİLƏNİB

Bu gün Azərbaycan Kubokunun qalibi bəlli olub.

Presssport.az xəbər verir ki, Mərdəkandakı final matçında "Qarabağ"la "Zirə" görüşüb.

Bu komandalar 2 il əvvəl də finalda qarşılaşmışdı. Onda əsas və əlavə vaxtı 1:1 hesabıyla yekunlaşan matçda ağdamlılar oyunsonrası penaltilər seriyasında qalib gəlmişdi.

Bu dəfə 3 qolun vurulduğu matçda ağdamlılar yenə qalib tərəf olaraq, 6-cl dəfə adıçəkilən titula sahib çıxıb.

Xatırladaq ki, “Qarabağ” son çempion, “Zirə” gümüş medalçıdı.

2 iyun (bazar)

20:00. “Qarabağ” – “Zirə” - 2:1 

Qollar: O Juninyo, 42, A.Zubir, 62 - İ.İbrahimli, 58

Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Müslüm Əliyev, Kamal Umudlu.

Ehtiyat köməkçi hakim: Eyyub İbrahimov.

VAR: İnqilab Məmmədov.

AVAR: Kamran Bayramov.

Ehtiyat VAR: Rauf Allahverdiyev.

Hakim-inspektor: Asim Xudiyev.

Bakı. “Liv Bona Dea Arena”.

"Qarabağ”: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 81. Kevin Medina, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 19. Redon Cica

Baş məşqçi: Qurban Qurbanov

“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 5. Stefan Aka, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli

Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Məmməd Hüseynov, 17. Araz Abdullayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 24. Sezar Meza Kolli, 70. İssa Cibrila, 28. Abbas İbrahim, 6. Eldar Quliyev, 19. Salifu Suma

Baş məşqçi: Rəşad Sadıqov

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC