"Şamaxı" rəhbərliyi ilə görüşmüşük, fikir mübadiləsi aparmışıq" - Ayxan Abbasov

"Düzdür, "Şamaxı" rəhbərliyi ilə görüşmüşük, fikir mübadiləsi aparmışıq".

Presssport.az xəbər verir ki, bunu “Turan Tovuz”un sabiq baş məşqçisi Ayxan Abbasov deyib.

42 yaşlı mütəxəssis hələlik ortada konkret razılıq olmadığını bildirib: "Tam əminliklə nəsə demək olmaz. "Şamaxı" Premyer Liqaya yeni gəlir. Amma 100 faiz nəsə demək mümkün deyil".

Qeyd edək ki, Abbasov bir neçə gün əvvəl "Turan Tovuz"dan ayrılıb. "Şamaxı" Azərbaycan Premyer Liqasında iştirak hüququ qazandıqdan sonra baş məşqçi Ramiz Məmmədov postundan ayrılıb. O, Şamaxı təmsilçisinin İdarə Heyətinin sədr müavini kimi fəaliyyətini davam etdirəcək (report.az).

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC