"Millinin baş məşqçisi ilə bağlı qərar yaxın günlərdə veriləcək" - Qurban Qurbanov

“Bugünkü iclasımızda ümumi müzakirələr aparıldı.Toplantıda hər hansı bir mühüm qərar qəbul edilmədi”.

Presssport.az xəbər verir ki, bu sözləri AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov qurumun bugünkü iclasından sonra jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, ciddi bir yenilik yoxdur və hər dəfə qarşılıqlı lazım olan işlər barədə müzakirələr gedir: "Çünki hələ yeni bir kollektivdir, yeniliklər axtarılır. Qəti qərar olmadığı üçün biz də fikir bildirə bilmirik. Məncə, bir neçə iclasdan sonra futbolun inkişafı üçün hansı addımların atılacağı barədə ətraflı məlumat veriləcək”. 

Təcrübəli mütəxəssis I Liqaya düşən “Qəbələ”yə AFFA tərəfindən yardım ediləcəyini söyləyib: "Maliyyə tərəfini Sərxan müəllim (AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev - red.) yəqin, açıqlayar. Hər xırda detala əl atılır ki, “Qəbələ”nin infrastrukturu qorunub saxlanılsın”. 

Qurbanov iclasda əsas milli komandanın baş məşqçisi məsələsi ilə bağlı müzakirələr aparıldığını və bu barədə yaxın günlərdə qərar veriləcəyini açıqlayıb. 
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC