"Ola bilər ki, Zubir "Qarabağ"dan ayrılsın"

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov iyunun 30-da klubla müqaviləsi başa çatacaq fransalı legioneri Abdullah Zubirlə bağlı açıqlama verib.

Presssport.az xəbər verir ki, o, Azərbaycan kubokunun finalında “Zirə” ilə keçirilən görüşdən (2:1) sonra “CBC Sport”a açıqlamasında 32 yaşıı yarımmüdafiəçinin yekun qərar vermədiyini bildirib:

“Zubirlə ümumi danışıqlarımız olub, amma hələ yekun heç bir qərar yoxdu. Çox istərdik ki, Zubir komandada qalsın. Onu da başa düşürəm. Gələcəklə bağlı öz düşüncələri ilə ola bilər ki, komandadan ayrılsın. Amma özü də burda çox qalmaq istəyir. Sadəcə, hələ qəti qərar verməyib. Yəqin ki, qarşıdakı günlərdə dəqiq bilinəcək”.

Xarırladaq ki, Zubir 2018-ci ildən “Qarabağ”da çıxış edir. Onunla bir neçə klubun maraqlanması haqda xəbərlər yayılıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC