"Qarabağ"ın Cəbəllütariqdəki matçı yerindən şərh olunmayacaq: "Əlavə çətinliklərimiz yarandı, onlar öncədən bildirmişdilər ki, canlı yayımda maraqlı deyillər"

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində "Linkol"n" Cəbəllütariqdəki bugünkü matçı “CBC Sport”la canlı yayımlanacaq.

Bu haqda Presssport.az-a danışan adıçəkilən telekanalın baş redaktoru Şəmsəddin Abbasovun şərhin yerindən yox, studiyadan olacağını deyib: “Çünki əlavə çətinliklərimiz yarandığından şərh yerindən olmayacaq. Sonadək danışıqlar apardıq ki, yayım təşkil olunsun. Cəbəllütariqdə həmişə problem olub yayımın təşkili. Öncədən bildirmişdilər ki, canlı yayımda maraqlı deyillər. Amma baş direktorumuz Volkan Üst başda olmaqla əlaqələrimizi işə qurduq və yayımı təşkil elədik. Lakin şərhçimizlə operatoru ora göndərməyə çatdırmadıq. Mustafa Kamal matçı studiyadan şərh edəcək”.

Xatırladaq ki, “Europa Point” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC