Adil Şükürov: "Çempionatın startına kimi komanda 70-80 faiz hazır olacaq

Kəpəz"in baş məşqçisi Adil Şükürov klubun mətbuat xidmətinə Küveytin "Əl-Yarmuk" kollektivi ilə keçirililən yoxlama oyunu barədə fikirlərini bölüşüb.

Presssport.az xəbər verir ki, 47 yaşlı mütəxəssis "sarı-göylər"in 2:1 hesabı ilə qalib gəldiyi matçda yeni futbolçuların özlərini yaxşı tərəfdən göstərdiklərini bildirib:

"Hazırlıq dövrü olduğu üçün futbolçularda fiziki yüklənmə var. Bu oyunda da hiss olunurdu. Bəzi epizodlarda futbolçuların çatdırmamasının səbəbi də məhz budur. Əsas hədəfimiz çempionata yaxşı hazırlaşmaqdı. Bu yöndə məşqlərimiz davam edir. Çempionatın startına kimi komanda 70-80 faiz hazır olacaq. Yeni gələn oyunçular özlərini yaxşı tərəfdən göstərə bildilər. Onları bir daha bəyəndik. Bu tempdə davam etsələr, inanıram ki, komandaya çox böyük faydaları dəyəcək".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC