Basketbol millimiz Avropa çempionatına qələbəylə başlayıb

Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşa qədər qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C Divizionunda millimizin ilk qrup oyunu baş tutub.

Presssport.az xəbər verir ki, B qrupunda qərarlaşmış millimizin ilk rəqibi Albaniya yığması olub. 

Oyuna sürətli başlayan qızlarımız rəqib üzərində 72:53 hesablı inamlı qələbə qazanıb.

Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (21 xal, 4 ribaund) seçilib.

Millimizin qrupdakı növbəti oyunu 24 iyul Bakı vaxtı ilə saat 19:00-da Gürcüstan yığmasına qarşı olacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC