"Maraqlıdı, həqiqətənmi, Berdıyevin karyerasındakı son komanda Rusiya Premyer Liqası təmsilçisi deyil, “Turan-Tovuz” olacaq?"

Rusiya mətbuatında yerli çempionatda yeri görünən məşqçilər haqda yazı dərc edilib.

Presssport.az xəbər verir ki, rusiyalı həmkarlarımız "Turan Tovuz"un yeni baş məşqçisi Kurban Berdıyevi də unutmayıblar:

"Kurban Berdıyev nə qədər təsirli layihələr yaradıb! "Rubin"lə 2 çempionluq və Rusiya kubokunu qazandı, Avropa yarışlarında nəhəngləri məğlub etdi. "Rostov"da gümüş medal qazandı, komandanı Çempionlar Liqasına yüksəlydi. Bugünkü "Dinamo"(Mahaçqala) da məhz bu məşqçinin əməyi sayəsində Premyer Liqada mübarizə aparır. 71 yaşlı mütəxəssisin elitaya qayıtmasını gözləyirdik. Lakin o, qəfil yolun yarısında dayandı və Azərbaycan çempionatına yollanmaq qərarını verdi. Maraqlıdı, həqiqətənmi, Berdıyevin karyerasındakı son komanda Rusiya Premyer Liqası təmsilçisi deyil, “Turan-Tovuz” olacaq?".Maraqlıdı, həqiqətənmi, Berdıyevin karyerasındakı son komanda Rusiya Premyer Liqası təmsilçisi deyil, “Turan-Tovuz” olacaq?".

Xatırladaq ki, tovuzlular 71 yaşlı Berdıyevlə 2+1 illik müqavilə bağlayıb. O, Rusiyada  “Rostov”, “Soçi”,  “Dinamo”ya (Mahaçqala) rəhbərlik edib. PRO kateqoriyalı mütəxəssis “Rubin”lə 2 dəfə Rusiya çempionu olmaqla yanaşı, 2 dəfə Rusiya Superkuboku, 1 dəfə isə ölkə kubokuna sahib olub 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC