"Sumqayıt"ın rəqibinin Bakıya uçuşu gecikdi - oyunöncəsi açıq məşqi də ləğv etdilər, mətbuat konfransını da

Konfrans Liqasının II təsnifat mərhələsində "Sumqayıt"ın rəqibi olan Macarıstanın "Fehervar" klubu oyunqabağı məşqə çıxmayacaq.

Presssport.az “gənclik şəhəri”nin təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Macarıstan klubunun Bakıya uçuşu gecikdiyi üçün komandanın nəzərdə tutulmuş oyunöncəsi mətbuat konfransı və açıq məşqi ləğv olunub.

"Sumqayıt"ın baş məşqçisinin mətbuat konfransı və oyunöncəsi məşqi isə öncədən qeyd olunmuş vaxtda baş tutacaq.

Xatırladaq ki, "Sumqayıt" - "Fehervar" görüşü sabah Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda 20:00-da baş tutacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC