Çimərlik millimiz Belarus yığmasıyla 2 yoldaşlıq görüşü keçirəcək

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası avqustun 1-dən 31-dək Bakıda təlim-məşq toplanışı keçəcək.

Presssport.az xəbər verir ki, millimiz hazırlıq prosesi çərçivəsində Belarus yığmasıyla 2 yoldaşlıq oyununda qüvvəsini sınayacaq. 

Matçlar avqustun 26-da və 27-də, saat 18:00-da Su İdmanı Sarayının çimərlik meydançasında təşkil olunacaq.

Təlim-məşq toplanışına dəvət alan futbolçuların siyahısını təqdim edirik:

Qapıçılar: Vaqif Şirinbəyov, Elçin Qasımov

Oyunçular: Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, İsa Zeynallı, Amid Nəzərov, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Əbdül Əliyev, Kamil Hüseynov.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC