Utziq nikbindi: "Evdə və səfərdə qalib gəlib növbəti mərhələyə vəsiqə qazana bilərik"

"Zirə"nin braziliyal legioneri Rafael Utziq Konfrans Liqasının Slovakiyanın "DAC 1904"lə klubuyla ilk oyundan öncə keçirilən mətbuat konfransında iştirak edib.

Presssport.az xəbər verir ki, hücumçu sabah çox vacib oyuna çıxacaqlarını söyləyib: "Baş məşqçi vasitəsilə rəqib komanda haqda mümkün bütün informasiyalar bizə ötürülüb. Bu oyunda sərfəli nəticə qazanmaq istəyirik. Mərhələ adlamaq şanslarına gəlincə,

təbii ki, komanda olaraq ötən mövsümdən bəri birlikdə çıxış edirik və neydançada bir-birimizi yaxşı başa düşürük. Bu amili nəzərə alsaq, belə rəqiblərə qarşı layiqli mübarizə apara bilərik. Rəqibi elə də yaxşı tanımırıq. İlk dəfə onlarla qarşılaşacağıq. Sabah evdə oynayacağıq. Evdə və səfərdə qalib gəlib növbəti mərhələyə vəsiqə qazana bilərik".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC