"Zirə"ylə görüşü səbirsizliklə gözləyən slovakiyalı futbolçu: "Yığmalarınıza qarşı elə bu stadionda oynamışam, Renat haqda mənfi söz..."

Slovakiyanın "DAC 1904" klubunun futbolçusu Kristian Herç Konfrans Liqası II təsnifat mərhələsinin "Zirə" ilə ilk oyunundan öncə mətbuat konfransında iştirak edib.

Presssport.az xəbər verir ki, 25 yaşlı slovakiyalı yarımmüdafiəçi komandada ab-havanın yaxşı olduğunu açıqlayıb: "Oyunu səbirsizliklə gözləyirik. Mövsümdəki ilk oyunumuzdu. Bilirik ki, "Zirə" keyfiyyətli komandadı. Amma biz də yaxşı komandayıq. Bizi sabah çətin oyun gözləyir. Komandamız yaxşı vəziyyətdədi. Sabahkı matçda son dəqiqəyə qədər mübarizə aparıb lazım olan nəticəni əldə etmək istəyirik.  Ötən mövsümün sonundakı yaxşı komandanı kollektiv ruhuna bağlayardım. Məşqdə öyrəndiklərimizi meydana tətbiq etdik. Toplanışda da yaxşı hazırlaşdıq. "Zirə" yaxşı rəqibdi. Sabah çox çətin olacaq. Rəqib müdafiədə yaxşıdır. Düşünürəm ki, sabah rəqibin müdafiəsində boşluqlar tapıb, bundan istifadə etməyə nail olacağıq".

Herç millilərimizə qarşı oynadığını xatırlayıb. Özü də maraqlıdı ki, hər 2 görüş “Zirə”yə qarşı oynacağı “Dalğa Arena”da olub: “Azərbaycanın həm U-21, həm də əsas yığmasına qarşı oynayıb. Hər iki görüşü də bu stadionda oynamışdıq. U-21-də olanda, 1:2 uduzmuşduq. Əsas millidə isə 1:0 udmuşduq. Yəni, Azərbaycanla bağlı həm pozitiv, həm də neqativ məqamlar var”.

Kristian "Qrasshopper"də millimizin hücumçusu Renat Dadaşovla birlikdə oynadığını da vurğulayıb:. "Renat haqda mənfi söz deyə bilmərəm. Futbolçu və insan kimi əladır. Onunla indi də münasibətimiz var. Həm danışırıq, həm də yazışırıq".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC