İspaniyalı baş məşqçi "Zirə"ni ağızdolusu təriflədi, vaxtilə ona rəqib olmuş Volkovu xatırladı: "Davit oyunun taleyini bir anda dəyişəcək keyfiyyətə sahibdi"

"DAC 1904" Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunun çərçivəsində sabah Bakıda "Zirə"nin qonağı olacaq.

Presssport.az xəbər verir ki, Slovakiya təmsilçisinin ispaniyalı baş məşqçisi Xisko Munyoz matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq öncə qarşıdakı oyun haqda düşüncələrini bölüşüb:

- Sabah bizi çətin oyun gözləyir. Rəqibin səviyyəsini bilirik. Sabahkı matçda mükəmmələ yaxın oyun oynamalıyıq. “Zirə”nin hücumdakı keyfiyyətindən xəbərdarıq. Səviyyəli rəqibə qarşı öz səviyyəmizi də görmüş olacağıq. Ən yaxşı oyunumuzu oynamalı və oyun üslubumuzu meydanda tətbiq etməliyik. Sabah yaxşı oyun baş tutacaq. Çünki meydanda iki yaxşı komanda olacaq.

- Səyahət qrafikində dəyişiklik komandaya necə təsir edəcək?

- Rəqibə təşəkkürümüzü bildiririk. Bizə bütün dəstəyi göstərdilər. İlkin plan məşqi burada etmək idi. Sadəcə, gec çatdıq və qrafikimiz pozuldu. Məşqi öz bazamızda etmişik. Sabah kifayət qədər vaxtımız olacaq ki, istirahət edək. Çox dəyişiklik yoxdu. Hətta bu dəyişiklik daha yaxşı oldu.

- Sizcə, "Şerif" güclü idi, yoxsa "Zirə"?

- Hər iki komanda yaxşı idi. Oyunun taleyini kiçik detallar həll etdi. Hər iki komanda göstərdi ki, yaxşı səviyyədədi, yaxşı xarakteri var. Yüz faizlərini meydanda qoydular. Sabah bizi yaxşı rəqib gözləyir. "Zirə" taktiki hazırlığı yaxşı olan komandadı. Sabah maksimum diqqətli olmalıyıq. Komanda tam hazırdı. Yeddi aydır səbirsizliklə bu anı gözləyirdik. Komanda üzvləri sabahkı oyunun necə vacib olduğunu anlayır.

- Bir neçə il əvvəl Tiflis “Dinamo”sunda nəşqçi işləyərkən "Qəbələ" rəqibiniz olmuşdu. Həmin vaxtları necə xatırlayırsız? Üstəlik, o vaxtı "Qəbələ"nin hücumçusu olmuş Davit Volkov hazırda "Zirə"də oynayır....

- İndiyədək avrokuboklarda çıxış edəndə rəqiblərin ən yaxşıları ilə qarşılaşmışıq. O vaxt "Qəbələ" idisə, indi "Zirə"dir. Komanda avrokuboklara çıxıbsa, demək ki, yaxşı səviyyədədir. Davit Volkov fərqli oyunçudur, keyfiyyətlidi. Oyunun taleyini bir anda dəyişəcək keyfiyyətə sahibdi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC