"Yaxşı nəticə qazanıb azarkeşlərimizi sevindirməyə çalışacağıq" - "Sabah"ın kapitanı

"Sabah"ın kapitanı Elvin Camalov Konfrans Liqası II təsnifat mərhələsinin Hayfa "Makkabi"si ilə ilk oyundan öncə açıqlama verib.

Presssport.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin 1 aydı təlim-məşq toplanışında olduqlarını, hazırlığı çox yaxşı bitirdiklərini söyləyib: "Sabah vacib oyuna çıxacağıq. Əlimizdən gələnin ən yaxşısını edib, yaxşı nəticə qazanıb azarkeşlərimizi sevindirməyə çalışacağıq".
Xatırladaq ki, “Sabah” israillilərlə sabahkı səfər matçını Macarıstanda keçirəcək. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC