"Makkabi" oyunun favoritidi, amma şansımız var" - Renduliç

"Sabah" Avropa Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Makkabi"nin qonağı olacaq.

Presssport.az xəbər verir ki, Masazır təmsilçisinin xorvatiyalı baş məşqçisi Krunoslav Renduliç matçdan öncə keçirilən mətbuat konfransında nəhayət, yenidən oyunlara başlayacaqları üçün xoşbəxt olduqlarını vurğulayıb: “Oyunlara başlamağın verdiyi xoşbəxtlikdən əlavə, avrokuboklarda çıxış edəcəyimizə görə də sevincliyəm. Düşünürəm ki, son mövsümdə çox yaxşı çıxış etdik və mövsümü yaxşı nəticə ilə başa vurduq. Sabah bizi vacib oyun gözləyir. Biz tarixi titullarla zəngin olan kluba qarşı oynayacağıq. Son mövsümdə onlar avrokuboklarda yaxşı çıxış ediblər və bu oyunun favoritidilər. Amma şansımız var. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Düşünürəm ki, bu iki oyunun nəticəsinə əsasən mərhələni keçə bilərik”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC