"Fehervar"ın baş məşqçisi Sumqayıtda əsas planlarını açıqladı: "Qələbəmizə inanıram"

"Komandamın "Sumqayıt" üzərində qələbəsinə inanıram. Yaxşı futbol nümayiş etdirib, qələbə qazana bilərik. Əsas planımız bundan ibarətdi".

Presssport.az xəbər verir ki, bunu "Fehervar”ın (Macarıstan) baş məşqçisi Tamaş Petyo Konfrans Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları "Sumqayıt"la oyundan öncə deyib.

Klubun rəsmi saytına danışan mütəxəssis ilk matçda səfərdən sərfəli nəticə ilə dönmək istədiklərini söyləyib: "Sumqayıt"ın heyətində bir neçə dəyişiklik olub. Heyətlərini səviyyəli futbolçularla gücləndiriblər. Düşünürəm ki, onların yeni transferləri komandanın gücünə güc qatacaq. İnanıram ki, futbolçularmız Azərbaycanda uğurlu nəticə göstərəcək".

Xatırladaq ki, "Sumqayıt" - "Fehervar" görüşü bu gün saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Bu komandaların cavab qarşılaşması isə iyulun 31-də Macarıstanda baş tutacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC