Baxşıyev başa çatan Ərzurum toplanışını dəyərləndirdi, komandasına təşəkkür etdi: "Son yoxlama oyununu Bakıda keçirəcəyik"

"Toplanış çərçivəsində sayca 2-ci oyunumuzu keçirdik. Hesab açılmasa da, görüş dinamik oldu. Rəqib də möhkəm komanda idi. Yaxşı hazırlıq keçdikləri hiss olunurdu. Futbolçularımın topa daha çox nəzarət etməsi müsbət məqam idi".

Presssport.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışı çərçivəsində Küveytin “Al Arabi” klubu ilə yoxlama oyunundan (0:0) sonra deyib.

O, ümumiləşdirsək, bu toplanışının faydalı olduğunu vurğulayıb: "Komandama gördüyü işə görə təşəkkür edirəm. Sabah Bakıya qayıdırıq. Çempionata qədər daha bir matçda gücümüzü sınayacağıq. İyulun 28-də əvəzedicilərlə üz-üzə gələcəyik. Bundan sonra avqustun 2-də “Qarabağ”la keçirəcəyimiz matça hazırlaşacağıq”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC