“Qəbələ” yeni mövsümə hazırlığıa bu gün başlayır - yoxlama matçında ilk rəqib müəyyənləşib

Bu gün “Qəbələ” yeni mövsümün hazırlığına start verəcək. 

Presssport.az xəbər verir ki, “qırmızı-qaralar” məşqlərə Qəbələdə başlayacaq.

 2024-2025-ci illər mövsümünə hazırlığın ilk mərhələsi seleksiya xarakteri daşıyacaq. Komandanın ilk məşqi günün ikinci yarısında gerçəkləşəcək. Seleksiya xarakterli hazırlıq prosesi bir həftə davam edəcək.

 Ardınca “Qəbələ”nin təlim-məşq toplanışına start veriləcək. Hazırlıq prosesi Qəbələ şəhər stadionunda gerçəkləşəcək.

 Mövsümün startına qədər yoxlama oyunlarının keçirilməsi planlaşdırılıb. İlk matç iyulun 31-də baş tutacaq. “Qırmızı-qaralar” Qəbələdə təlim-məşq toplanışında olan Küveytin "Əl-Yarmuk" klubu ilə üz-üzə gələcək. Digər yoxlama oyunlarının tarixi və rəqiblər barədə ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, I Liqada yeni mövsümə sentyabrın 11-də start veriləcək. Yarışın püşkatma mərasimi avqustun 13-də AFFA-nın inzibati binasında təşkil olunacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC