"Sabah" da güclənib, ona qarşı çətin olacaq" - "Makkabi"nin baş məşqçisi

İsrailin "Makkabi" klubunun baş məşqçisi Barak Bahar bu gün Macarıstanın Kişvarda şəhərində "Sabah"a qarşı keçiriləcək Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu ilə bağlı fikirlərini açıqlayıb.

Presssport.az xəbər verir ki, Bahar Azərbaycan təmsilçisi haqda müsbət fikirlər söyləyib:

"Hər halda, bu, ev oyunumuzdu. Bu, reallıqdır və bəhanə axtarmırıq. Tribunalarda maksimum dəstək verəcək azarkeşləri görməyi gözləyirik. Ötən mövsümü Azərbaycan çempionatında ən yüksək yerlərdən birində başa vuran komandaya qarşı çətin oyun olacaq. Üstəlik, “Sabah” daha da güclənib. Gözləntilərimi aşağı salmıram, amma çətin matç olacaq. Hər halda, komandanın bir araya gəlməyə başladığını hiss edirəm. Nəticənin də eyni dərəcədə vacib olduğunu bilirik. Maksimum hazır olmalıyıq".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC