"Sumqayıt" hesabı açdı, azlıqda qalıb uduzdu - YENİLƏNİB

Bu gün “Sumqayıt” Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.

Presssport.az xəbər verir ki, Samir Abasovun komandası Macarıstan "Fehervar"ını qəbul edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı matçda meydan sahibləri hesabı açsa da, hələ fasiləyədək müdafiəçisi Murad Xaçayev qırmızı vərəqə aldığına gprə azlıqda qalıb və yekunda uduzub.

Xatırladaq ki, "Sumqayıt"la "Fehervar" arasında cavab matçı iyulun 31-də Macarıstanda oynanılacaq.

25 iyul (cümə axşamı)

20:00. “Sumqayıt” - “Fehervar” - 1:2

Qollar: Səbuhi Abdullazadə, 20 - Tobias Kristensen, 39, Ksaba Spandler, 52

Qırmızı vərəqə: Murad Xaçayev, 32 (2-ci sarı)

 

Baş hakim: Florian Lata

Baş hakimin köməkçiləri: Culio Mani, Rejdi Zaimi

Dördüncü hakim: Kresnik Cyapi

(Hakimlər briqadası Albaniyadandır)

Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC