Volkovdan dubl, "Zirə"dən darmadağın - YENİLƏNİB

Bu gün “Zirə” Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxıb.

Presssport.az xəbər verir ki, Avropa Liqasında mübarizəni dayandırdıqdan sonra bu turnirə yollanan Rəşad Sadıqovun komandası evdə "DAC 1904" (Slovakiya) ilə üz-üzə gəlib. "Dalğa Arena"dakı görüş zirəlilərin böyükhesablı qələbəsi ilə yekunlaşıb. Gürcü hücumçumuz Davit Volkov dubla imza atıb.

"Zirə" bu mərhələni adlayarsa, III təsnifat mərhələsində "Osiyek" (Xorvatiya) - "Levadia" (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq. Bu halda zirəlilərin ilk oyunu səfərdə olacaq.

Xatırladaq ki, “Zirə”nin “DAC 1904” ilə cavab görüşü avqustun 1-də Slovakiyada keçiriləcək.

25 iyul (cümə axşamı)

20:30. “Zirə” – “DAC 1904” - 4:0 

QOLLAR: R.Utziq, 29, J.Martins, 31, Davit Volkov, 57, 59

Baş hakim: İvo Torres

Baş hakimin köməkçiləri: Rafael Morim, Dani Dias Balsa

Dördüncü hakim: Jasmin Sabotiç

(Hakimlər briqadası Lüksemburqdandır)

Bakı. "Dalğa Arena" stadionu

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC