"Sumqayıt" - "Fehervar" matçına satılan biletlərin sayı açıqlanıb

Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək "Sumqayıt" - "Fehervar" (Macarıstan) matçına 8000 bilet satılıb.

Presssport.az xəbər verir ki, bu barədə Sumqayıt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Oyunu canlı izləmək istəyən azarkeşlər biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən, iyulun 22-dən (stadiondakı texniki problemlərə görə bu tarix iyulun 20-dən 22-nə keçirilib) isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun kassasından əldə edə bilər. Qiymətlər sektorlardan asılı olaraq 5, 10 və 25 manatdı.

Xatırladaq ki, qarşılaşmanın start fiti saat 20:00-da səsləndiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC