Ərəblər "Neftçi "ylə oynamaqdan imtina etdi

Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışında olan “Neftçi”nin Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Oruba" ilə yoxlama oyunu ləğv edilib.

Presssport.az Bakı klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna rəqibin matçdan imtina etməsi səbəb olub.

Əvəzində “Neftçi” ikitərəfli oyun keçirəcək.

Xatırladaq ki, Türkiyənin “Alanyaspor” (3:1), “Sivasspor” (2:1) və “Ərzurumspor” (0:0) klubları ilə sınaq matçında qarşılaşmış komanda toplanışı başa vuraraq sabah Bakıya qayıdacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC