Abasov növbəti mərhələyə keçmək şanslarını 30 faiz sayır: "Bütün planlarımız alt-üst oldu"

"Sumqayıt" Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda "Fehervar"a 1:2 hesabı ilə məğlub olub.

Presssport.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransına qarşılaşmanı dəyərləndirməklə başlayıb. 

- Oyunun əvvəlində çətin vəziyyətlə üzləşdik, azlıqda qaldıq. Buna görə hərəkət etməli idik. Bütün planlarımız alt-üst oldu. Qol vurduq, yaxşı oynamağa başlamışdıq. İstəmədiyimiz hal baş verdi. İkinci oyun bundan da çətin olacaq. Üstünlük rəqibdədi. Amma bəzi yaxşı epizodların üzərində dayanıb futbolçuları cavab oyununa yaxşı kökləməyə çalışacağıq.

- Qırmızı vərəqə olmasaydı, nəticə fərqli olardı?

- Yüz faiz. Ümidlərimiz də fərqli olardı. İndi həddindən artıq problemlər yaşayırıq. Bizim komanda budu. Qırmızı vərəqə olmasaydı, yenə bu heyət oynayacaqdı. Heyətlə bağlı çətinliklərimiz var. 3-4 günümüz qalıb, bəzi mövqelərdə dəyişiklik etmək məcburiyyətindəyik.

- Bu nəticədən sonra şansları necə dəyərləndirirsiniz?

- 30 faiz. Rəqibin üstünlüyü 70 faizdi. Şansımızdan istifadə etməyə çalışacağıq.

- Hakim idarəçiliyindən razı qaldınız?

- Epizodlara baxmamışam. Həddən çox sarı vərəqələr oldu. Hakim sanki oyuna köklənməmişdi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC