Renduliç 3:0-dan sonra da "Makkabi"ni favorit sayır: "Konsentrasiyanı saxlamaq lazımdı"

"Sabah" Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Makkabi"yə 3:0 hesabı ilə qalib gəlib.

Presssport.az xəbər verir ki, Masazır təmsilçisinin xorvatiyalı baş məşqçisi Krunoslav Renduliç oyundan sonra keçirilən mətbuat konfransında inamlı qələbəni şərh edib: "Hər şeydən əvvəl futbolçularını təbrik edirəm. Onlar yaxşı oynadı. Təbii ki, ağır oyun olacağını gözləyirdik. Çünki "Makkabi" əla komandadı. Hələ heç nə həll olunmayıb. Sadəcə bir oyun keçirmişik. Cavab görüşü var. Konsentrasiyanı saxlamaq lazımdı. Növbəti mərhələyə keçməliyik. Maksimumu verməli olduğumuzu demişdim. Nə olacaqsa, olacaq. Yenə də "Makkabi"ni favorit sayıram. Amma bunu meydanda göstərmək lazımdı".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC