Millimiz Ermənistanı məğlub edib qrup lideri oldu

Albaniyanın Elbasan şəhərində 18 yaşa qədər oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C divizionunda millimizin son qrup oyunu baş tutub.

Presssport.az xəbər verir ki, B qrupunda yer alan millimizin rəqibi Ermənistan yığması olub. Görüş millimizin 76:69 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Derin Berköz (18 xal, 5 asist ) seçilib.

Evren Alkayanın komandası bu qələbədən sonra qrup lideri olaraq yarımfinala vəsiqə qazanıb.

Xatırladaq ki, Azərbaycan ilk oyunda Albaniyanı 72:53 hesabı ilə məğlub edib. Qrupdakı 2-ci matçında Gürcüstan üzərində 74:68 hesabı ilə qələbə qazanan millimiz Avropa çempionatının yarımfinalına vəsiqəni təmin edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC