Cəlal Hüseynov üçün 45 dəqiqə, ilk qələbə sevinci, ilk cəza üzüntüsü

Bolqarıstan çempionatında II turun oyunları davam edir.

Presssport.az xəbər verir ki, millimizin futbolçusu Cəlal Hüseynovun formasını geyindiyi "Arda" "Krumovqrad"ı qəbul edib. 

Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, Hüseynovun komandasının yeni mövsümdə ilk qalibiyyəti olub.

Cəlal matça start heyətdə başlayıb və fasilədə əvəzlənib. O, 31-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

2 turdan sonra 3 xal toplayan "Arda" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC