Qurban Qurbanovla Xavyer Munyoz fərqli günlərdə media qarşısına çıxacaq

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Linkoln” (Cəbəllütariq) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları açıqlanıb.

Presssport.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı iyulun 28-i saat 18:15-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 18:45-də media nümayəndələri üçün açıq məşq (İlk 15 dəqiqə) keçiriləcək.

Qonaq komandanın açıq məşqi isə ertəsi - iyulun 29-u saat 19:00-da, baş məşqçi Xavyer Munyosun mətbuat konfransı isə 18:15-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.

Xatırladaq ki, iyulun 30-da keçiriləcək “Qarabağ” – “Linkoln” görüşü saat 20:00-da başlayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC