Azərbaycan yığması bu gün Paris-2024-də - yalnız 1-i uğurlu

Fransanın paytaxtı Parisdə keçirilən 33-cü Yay Olimpiya Oyunlarında bu günün yarışları Azərbaycan idmançıları üçün başa çatıb. 

Presssport.az xəbər verir ki, oyunlara müxtəlif idman növləri üzrə 5 idmançımız qoşulub və yalnız 1-i - kademik avarçəkmə növündə yarışan Diana Dımçenko uğurlu start götürüb. Digər 4 idmançı isə uğursuzluğa məruz qalıb.

Avarçəkmə

İkiqat Avropa çempionu olan 34 yaşlı Dımçenko 2000 metr məsafəyə fərdi yarışda iştirak edib. İdmançımız 5 nəfərin mübarizə apardığı qrup yarışında 3-cü yeri tutaraq 1/4 finala yüksəlib. O, məsafəni 7:52:59 dəqiqəyə qət edib. 

Bu yarışda 1/4 final iyulun 30-da keçiriləcək.

Badminton

Azərbaycan badmintonçu Keişa Fatimə Zəhra H qrupunda He Bin Çzyao (Çin) ilə qrup matçına çıxıb. İndoneziyalı milliləşdirilmiş legioner He Bin Çzyao (Çin) ilə üz-üzə gəlib və görüş rəqibin böyük üstünlüyü ilə keçib. Belə ki, Çzyao hər 2 setdə inamlı qələbə qazanıb - 21:8, 21:7.

Zəhra növbəti görüşünü iyulun 29-da Böyük Britaniya təmsilçisi Kristi Gilmoura qarşı keçirəcək. Növbəti mərhələyə yalnız qrup qalibləri vəsiqə qazanır.

Cüdo

Bugünkü yarış günü Azərbaycanın cüdo millisi üçün də uğuruz başlayıb. Belə ki, mübarizəyə qoşulan hər 2 idmançımız uduzaraq mübarizəni erkən dayandırıb.

İlk olaraq tatamiyə 48 kq. çəki dərəcəsində yarışan Leyla Əliyeva çıxıb. Mübarizəyə 1/16 finaldan başlayan qadın idmançımızın rəqibi Xalimajon Qurbanova (Özbəkistan) olub. Cüdoçumuz vaza-ari xalı ilə uduzub - 0:1.

Daha sonra ilk mərhələdən azad olan Balabəy Ağayev (60 kq) mübarizəyə qoşulub. Avropa çempionatının gümüş mükafatçısı yarışa 1/8 finaldan başlayıb və rəqibi Asiya çempionu Von Jin Kim (Cənubi Koreya) olub.

Əsas vaxtda qalib müəyyənləməyib. Əlavə vaxtda isə Ağayev 3-cü cü cərimə xalı aldığından, koreyalı qalib elan edilib.

Güllə atıcılığı

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov da bu gün Paris-2024-də mübarizəyə start verib. O, pnevmatik tapançadan 10 metr məsafəyə atəş açıb.

Lunyov 33 iştirakçı arasında 571 xalla 24-cü olaraq, final mərhələsinə yüksələn 8 idmançı sırasına düşə bilməyib.

Atıcımız avqustun 4-ü 25 metr məsafədən atəşaçmada da qüvvəsini sınayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC