"Qarabağ" - "Linkoln" matçına satılan biletlərin sayı açıqlanıb

Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Linkoln” (Cəbəllütariq) oyununa bilet satışı davam edir.

Presssport.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq oyuna 16300 bilet satılıb.

İyulun 30-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. 

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdı.

Satış məntəqələri:

 iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

 Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

 Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Xatırladaq ki, komandalar arasında Cəbəllütariqdə keçirilən ilk oyun "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC