"Neftçi" ispaniyalı hücumçuya göz qoyub - Polşa çempionatının bombardiri olub

"Neftçi" daha bir legioneri transfer hədəfinə alıb.

Presssport.az xəbər verir ki, "ağ-qaralar" ispaniyalı futbolçu Anxel Rodado üçün Krakov "Visla"sına təklif göndərib. 

Bu barədə Polşa mətbuatı məlumat yayıb.

"Visla"nın ilkin təklifi qəbul etməyəcəyi halda, Bakı klubunun 27 yaşlı hücumçu uğrunda mübarizədən qopmayaraq daha yaxşı şərtlər irəli sürəcəyi gözlənilir.

Rodado keçən mövsüm 30 matçda vurduğu 22 qolla Polşa çempionatının bombardiri olub. 27 yaşlı forvard "Lex" (Poznan) və İtaliya klublarının maraq dairəsinə düşsə də, hələlik özünü və klubunu qane edən təklif gəlməyib. O, 2025-ci ilin yayınadək müqaviləsi olduğu krakovluların heyətində cari mövsümdə Avropa Liqasında artıq 2 qola imza atıb. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC