"Qarabağ" yeni qapıçı axtarışında: "Hətta 2 gün əvvəl bir qapıçının transferi alınmaq üzrə idi..."

"Qarabağ" heyətinə daha bir yeni qapıçı ilə cəlb etmək fikrindədi.

Presssport.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqası II təsnifat mərhələsinin "Linkoln"la matçından öncə keçirilən mətbuat konfransında məlumat verib.

O, hazırda yeni qapıçı axtarışında olduqlarını gizlətməyib: "Baxdığımız qolkiperlər var. Hətta iki gün əvvəl bir qapıçı transferi alınmaq üzrə idi, sonda alınmadı. Düşündüyümüz qapıçını tapsaq, götürmək istəyirik".

Xatırladaq ki, ağdamlılar yay fasiləsində qapıya xorvatiyalı Fabian Buntiçi transfer edib, millimizin üzvü Şahruddin Məhəmmədəliyevi qaytarıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC