"Zirə"nin rəqibi yenə qələbəyə həsrət qaldı - 90+6-cı dəqiqədə penaltidən məyus oldu

"Zirə"nin Konfrans Liqasının II təsnifat mərhələsində rəqibi olan "DAC 1904" Slovakiya çempionatının yeni mövsümünə də qələbəsiz start verib.

Presssport.az xəbər verir ki, Dunayska Streda təmsilçisi I turda səfərdə "Koşitse" ilə qarşılaşaraq 2:2 hesablı bərabərliyə imza atıb.

Özü də zirəlilərin rəqibi hesabda 2 dəfə irəlidə olsa da, hər dəfə üstünlüyünü əldən verib. “DAC 1904”ün qollarının müəllifləri 11-ci dəqiqədə hücumçu Ladislav Almasi, 57-ci dəqiqədə yarımmüdafiəçi Kristian Herç olub. Onu da bildirək ki, meydan sahibləri son saniyələrdə - 90+6-cı dəqiqədə penaltidən məğlubiyyətdən xilas olub. 

Xatırladaq ki, "Zirə" ilk oyunda Bakıda Slovakiya klubunu 4:0 məğlub edib. Komandalar arasında cavab matçı  avqustun 1-də keçiriləcək. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC