Gimnastlarımız Belarusdakı qran-pri yarışında 4 medal qazanıb

İyulun 26-dan 28-dək Belarusun paytaxtı Minskdə keçirilən bədii gimnastika üzrə “Crystal Rose – Helen Valery” qran-pri yarışında Azərbaycan təmsilçiləri 4 medal qazanıb.

Presssport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, fərdi gimnast Şəms Ağahüseynova top (29,000), gürzlər (28,300) və lent (27,600) proqramlarının hər birindən bürünc medal əldə edib.

Yeniyetmələrin yarışında isə Azadə Atakişiyeva fəxri kürsüyə yüksəlib. O, halqa ilə (29,450) çıxışına görə bürünc medala layiq görülüb. 

Beləliklə, milli komandamız Minskdə keçirilən beynəlxalq turnirə 4 bürünc medalla yekun vurub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC