"Azərbaycandan minlərlə kilometr uzaqda olsaq da, yorulmadıq, indi "Sumqayıt"la...."

“Sumqayıt”ın Konfrans Liqasının II təsnifat mərhələsində rəqibi olan Macarıstanın "Fehervar" klubunun futbolçusu Nikola Serafimov ölkə çempionatının startında "Keşkemet"lə heç-heçəni (0:0) şərh edərkən, qarşıdakı cavab oyununa da toxunub.

xəbər verir ki, 24 yaşlı şimali makedoniyalı müdafiəçi klubun rəsmi saytına açıqlamasında "Keşkemet" çox yaxşı komanda olduğunu deyib: "O, evdə xüsusilə yaxşıdı, burda oynamaq heç vaxt asan deyil. Azərbaycandan minlərlə kilometr məsafə qət etməyimizə və ötən gün Konfrans Liqasında çıxış etməyimizə baxmayaraq, yorulduğumuzu deməzdim. Axı, məşqçilər korpusumuz və tibb heyətimiz peşəkarlardan ibarətdi. Bu matçda özümüzü lazımi şəkildə bərpa edə bildik. Lakin vaxtımız yoxdu. İndi Konfrans Liqasında “Sumqayıt”la cavab oyununa diqqət yetirməliyik".

Xatırladaq ki, "Fehervar" - "Sumqayıt" görüşü iyulun 31-də Sekeşfehervarda “Sosto Arena”da Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək. Macarlar Sumqayıtdan 2:1 hesablı qələbəylə dönüb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC