Rəşad Sadıqov Slovakiyada jurnalistlər qarşısına çıxacaq

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının II təsnifat mərhələsinin "DAC 1904" ilə cavab oyunundan əvvəl mətbuat konfransında iştirak edəcək.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Sadıqov qarşılaşmadan 1 gün əvvəl Slovakiyada jurnalistlər önünə çıxacaq.

Həmin mətbuat konfransı iyulun 31-də Bakı vaxtı ilə 20:00-da başlayacaq. "Zirə"nin oyunöncəsi son məşqi isə bundan 30 dəqiqə sonra start götürəcək.

Xatırladaq ki, "Zirə" ilk görüşdə rəqibini Mərdəkanda 4:0 məğlub edib. Cavab oyunu avqustun 1-də "MOL Arena"da Bakı vaxtilə saat 22:30-da keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC