"Qarabağ"la matça bir itkiylə hazırlaşırlar

Türkiyənin Ərzurum şəhərindəki hazırlıq prosesini yekunlaşdıran “Araz-Naxçıvan” “Qarabağ”la keçirəcəyi matçın hazırlığını davam etdirir.

Presssport.az xəbər verir ki, bu gün növbəti məşqinə çıxan “qırmızı-ağlar” əvvəlcə məşqçi Teodor Terzievin rəhbərliyi altında fiziki təmrinləri yerinə yetirib. Ardınca komanda üzvləri baş məşqçi Elmar Baxşıyevin taktiki planda tapşırıqlarını icra edib.

Heyətdə yeganə zədəli futbolçu Ramin Nəsirlidir. Yarımmüdafiəçi müalicə prosesi keçir.

Xatırladaq ki, “Araz-Naxçıvan” Misli Premyer Liqasının yeni mövsümünə avqustun 2-də start verəcək. Muxtar Respublika təmsilçisi  “Live Bona Dea Arena”da “Qarabağ”ı qəbul edəcək. Saat 20:00-da başlayacaq matç “CBC Sport”la canlı yayımlanacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC