"Bakıdakı oyunda ən azından özümüz haqda xoş təəssüratlar buraxmaq istəyirik" - "Linkoln"un ispaniyalı baş məşqçi

Cəbəllütariqin "Linkoln" klubu Çempionlar Liqası II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində sabah Bakıda "Qarabağ"ın qonağı olacaq.

Presssport.az xəbər verir ki, komandanın baş məşqçisi Xavier Munyoz matçdan öncə keçirilən mətbuat konfransına qarşıdakı matç haqda danışmaqla başlayıb:

- Yenidən Bakıda olmaq çox xoşdur. Keçən il də bura gəlmişdik. Bizi çox çətin oyun gözləyir. İlk matçda qeydə alınan nəticə də bunu göstərir. İstənilən halda, sabah meydana çıxıb vuruşacağıq. Ən azından özümüz haqda xoş təəssüratlar buraxmaq istəyirik. "Qarabağ" çox güclüdü. Əzmkar olacağıq,bunu görəcəksiniz.

- "Qarabağ"ın hansı güclü tərəfini və bu komandadan hansı futbolçunu xüsusi qeyd edə bilərsiniz?

- Xüsusi olaraq hansısa oyunçunu qeyd etməzdim. "Qarabağ" kollektiv olaraq güclüdü. Yerli çempionatda, həm də avrokuboklarda bu komanda uğurlu çıxış edir. Səbəbi də yaxşı kollektiv olmalarıdı. "Qarabağ"ın güclü tərəfləri çoxdu. Hamılıqla hücumda, müdafiədə iştirak edirlər. Keçən il də avrokuboklarda çox uğurlu mövsüm keçirdilər. Onları yalnız "Bayer" 97-ci dəqiqədə mübarizədən kənarlaşdıra bildi. "Qarabağ" ötən mövsümkü heyəti saxlaya bilib. Çox güclü rəqibdi.

- Demək olar ki, ötən mövsüm “Linkoln” evdə “Qarabağ”a qarşı daha yaxşı mübarizə göstərə bilmişdi?

- "Qarabağ" böyük komandadı. Bizim kimi kiçik komanda üçün xırda detallar önəmlidi. İlk oyunda VAR lehimizə penalti verə bilərdi. Bəlkə də oyunun ssenarisi fərqli ola bilərdi. Birinci hissənin son saniyəsində "Qarabağ" qol vurdu. Təbii ki, bu da öz təsirini göstərdi. Belə xırda detallar bizim kimi kiçik komandanın "Qarabağ" kimi rəqiblərlə oyunlarında çox rol oynayır.

- Ötən mövsümkü "Qarabağ" güclü idi, yoxsa indi?

- O qədər də dəyişiklik yoxdu. Qurban Qurbanov 15 ildir ki, komandada işləyir. Futbolçular bir-birini gözüyumlu başa düşür. Səhv etmirəmsə, heyətdə 1-2 dəyişiklik baş verib. Qalan oyunçular eynidi. "Qarabağ"ın oyunu belədir ki, cinah yarımmüdafiəçiləri cərimə meydançasına daxil olur, cinah müdafiəçiləri hücuma qoşulurlar. Variantları çoxdur. Biz də yaxşı müdafiə olunmağa çalışırıq.

- Mərhələni keçə bilməsəz də, qalib  gəlsəniz də, “Ludoqorets” – “Dinamo”(Minsk) cütünün qalibi və ya məğlubu ilə qarşılaşacaqsınız. Bu mənada, hər iki komandanı yəqin ki, analiz etmisiz. Sizcə, “Ludoqorets”, “Dinamo”(Minsk) “Qarabağ” və "Linkoln"dan hansı daha güclü görünür?

- Futbolun böyüklüyü ondadır ki, öncədən proqnoz vermək olmur. Çox böyük qəhrəmanlıqlar görmüşük futbolda. "Ludoqorets" "Dinamo"nu 2:0 hesabı ilə məğlub edib və müəyyən üstünlüyə sahibdi. Ona görə hansısa müqayisə aparmaq, kimin güclü və ya zəif olması haqda fikir bildirmək düzgün olmaz. Sadəcə, futbol oynamaq lazımdı.. Hakim final fitini səsləndirməyənə qədər bir şey demək olmaz.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC