Paris-2024: Azərbaycan ilk medalı təmin edib

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk medalı təmin edib.

Presssport.az xəbər verir ki, bu, cüdoçu Hidayət Heydərovun (73 kq) finala yüksəlməsi sayəsində mümkün olub.

Belə ki, Avropa və dünya çempionumuz yarımfinalda Akil Qyakovaya (Kosovo) qalib gələrək Olimpiya çempionluğu uğrunda həlledici qarşılaşmaya vəsiqə qazanıb. Finalın sonunda medalın (gümüş və ya qızıl) əyarı isə qarşıdakı dəqiqələrdə müəyyənləşəcək.

Xatırladaq ki, Azərbaycan cüdo yığması Olimpiadada 9 nəfərlə təmsil olunur və ilk 2 gündə çıxış edən 4 idmançımızın hamısı ilk döyüşlərindəcə uduzaraq mübarizəni dayandırıb. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC